Əsas məzmuna keç

Anar Məmmədov nokauta görə 350 min bat bonus alıb

Anar Məmmədov nokauta görə 350 min bat bonus alıb
— Foto: idman.biz

Azərbaycanlı muay-tay döyüşçüsü Banqkokda keçirilən “ONE Friday Fights 178” turnirindəki qələbəsinə görə 350 min bat (təxminən 10,3 min ABŞ dolları və ya 17,6 min manat) bonus qazanıb. Onun ümumi qazancının 450-500 min bat ola biləcəyi bildirilir.

en ru

Azərbaycanlı muay-tay döyüşçüsü Anar Məmmədov Banqkokda keçirilən “ONE Friday Fights 178” turnirindəki qələbəsinə görə nokaut bonusu alıb. “Daily News” nəşrinin məlumatına görə, idmançıya 350 min bat (təxminən 10,3 min dolları və ya 17,6 min manat) ödənilib.

“ONE Friday Fights” seriyasının iştirakçıları üçün nəzərdə tutulan təxmini döyüş qonorarları da nəzərə alınarsa, Məmmədovun ümumi qazancı 450-500 min bata (13,3-14,8 min ABŞ dolları və ya 22,7-25,2 min manat) çata bilər. Lakin onun müqavilə üzrə qonorarının dəqiq məbləği açıqlanmayıb və göstərilən ümumi qazanc təsdiqlənməyib.

Məmmədov turnirdə favorit hesab olunan “Superlek Cittmuangnon”u məğlub edib. Qarşılaşmadan əvvəl 23 yaşlı tailandlı döyüşçü “ONE Championship” yarışlarında məğlub olmamışdı.

Azərbaycanlı idmançı rəqibini iki dəfə nokdauna salıb, ardınca ilk raundun ikinci dəqiqə səkkizinci saniyəsində nokautla qalib gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…