ABŞ-ın İndian-Uells şəhərində keçirilən WTA-2026 yekun turnirinin yarımfinal cütləri müəyyənləşib.
İlk yarımfinalda Ukrayna təmsilçisi Elina Svitolina Çexiya tennisçisi Linda Noskova ilə üz-üzə gələcək. Digər görüşdə Rusiya təmsilçisi Mirra Andreyeva ilə ABŞ tennisçisi Cessika Peqola qarşılaşacaq.
Turnir ərəfəsində Andreyeva ilə Peqola arasında məşq zamanı münaqişə yaşanmışdı. Mikrofondan xəbərsiz olan Peqola oyun vaxtı Andreyeva barədə sərt fikirlər səsləndirmiş, daha sonra ondan üzr istəmişdi.