Əsas məzmuna keç

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyi üçün mühüm platformadır

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyi üçün mühüm platformadır

BMT-nin mühüm platformasında urbanizasiya və dayanıqlı inkişaf üçün yeni yollar açılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri innovativ həlləri açıqladı.

en ru

Dünya Şəhərsalma Forumu şəhərlərimizin gələcəyinin necə formalaşacağı ilə bağlı mühüm qlobal platformadır. Burada müxtəlif ölkələrdən olan nümayəndələr, ekspertlər və mütəxəssislər bir araya gələrək urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi ilə bağlı fikir mübadiləsi aparırlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının () rəsmi açılışı ilə bağlı mətbuat konfransında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri deyib.

O bildirib ki, forum çərçivəsində çoxsaylı sessiyalar, tədbirlər və müzakirələr təşkil olunur. Bu platformada geniş ekspertiza və zəngin bazasının formalaşdığını qeyd edən Anar Quliyev vurğulayıb ki, iştirakçılar arasında aparılan bilik və təcrübə mübadiləsi hər kəs üçün faydalı olacaq.

Komitə sədrinin sözlərinə görə, WUF13 müxtəlif ölkələrin şəhərsalma təcrübələrinin paylaşılması, həllərin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

“İnanıram ki, bu bilik mübadiləsindən bütün iştirakçılar faydalanacaq və burada əldə olunan təcrübə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına töhfə verəcək”, – deyə Anar Quliyev əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…