Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Urban Expo-da Azərbaycanın şəhər transformasiyası nümayiş olunacaq

3 dəq
Paylaş:
Urban Expo-da Azərbaycanın şəhər transformasiyası nümayiş olunacaq

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakı Olimpiya Stadionunda “Urban Expo” sərgisində iştirak edən təşkilatların böyük hissəsini vətəndaş cəmiyyəti nümayəndələri təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.

Anar Quliyev bildirib ki, tərəfdaş növlərinə əsasən sərgidə 15 akademiya və tədqiqat müəssisəsi, 136 vətəndaş cəmiyyəti təşkilatı, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir. Bununla yanaşı, milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti, eləcə də 6 yerli və regional hökumət nümayəndəsi sərgidə təmsil olunur.

Anar Quliyev qeyd edib ki, “Urban Expo” çərçivəsində 1500 kvadratmetrlik sahəni əhatə edən pavilyonu ölkənin şəhərsalma təcrübəsini və inkişaf prioritetlərini təqdim edəcək.

“Pavilyonda Azərbaycanın zəngin irsi, şəhərsalma yolu, turizm potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri nümayiş etdiriləcək. Pavilyon “insanlarla birlikdə baxışdan fəaliyyətə” konsepsiyası əsasında hazırlanıb və Azərbaycanın şəhər transformasiyası yolunu əks etdirir”, - deyə komitə sədri bildirib.

Anar Quliyev vurğulayıb ki, WUF13 çərçivəsində həm Azərbaycanın urbanizasiya sahəsində töhfələrini, həm də forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüslər təqdim olunur: “WUF13 Azərbaycan Şirkəti tərəfindən hazırlanmış standartlara əsaslanaraq, Ümumdünya Şəhərsalma Forumlarının növbəti ev sahibləri üçün birgə məlumatlandırıcı əməliyyat bələdçisi hazırlamaq məqsədilə UN-Habitat ilə etmək niyyətindəyik. WUF13-ün bizim üçün ən vacib tarixi nəticələrindən biri ISO 20121 standartının milli səviyyədə qəbul edilməsinə nail olunmasıdır. Bu nəticə bizim irimiqyaslı tədbirlərin yalnız uğurla deyil, həm də məsuliyyətlə və dayanıqlı şəkildə təşkil edilməsini təmin etmək öhdəliyimizi əks etdirir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax