Tərcümeyi-hal
Sənan Nizami oğlu Tapdıqov 1978-ci ildə Bakı şəhərində anadan olub. Hüquq üzrə fəlsəfə doktorudur.
İqtisadi İnkişaf Nazirliyində Korporativ idarəetmə sektorunun müdiri, SOCAR-ın Baş ofisinin Strateji inkişaf şöbəsində rəis müavini, Neft-qaz Emalı və Neft-kimya Kompleksində Hüquq şöbəsinin rəisi, Ümumdünya Ticarət Təşkilatına daxil olma üzrə Dövlət Komissiyasının Katibliyinin rəhbəri işləyib. “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” ASC-lərin Müşahidə Şuralarının, “SOCAR-Foster Viler” birgə müəssisəsinin Direktorlar Şurasının üzvü olub. 2018-ci ilin iyulundan Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbərinin müavini işləyib.
18 fevral 2019-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib. Agentliyin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının sədridir.
Təhsil
- 1999 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, hüquqşünas, bakalavr (fərqlənmə diplomu)
- 2001 — Bakı Dövlət Universiteti, dövlət hüququ, magistr (fərqlənmə diplomu)
- Maastricht School of Management (Niderland), biznesin idarə edilməsi, MBA
- 2015 — ADA Universiteti, biznesin təşkili və idarə edilməsi, magistr