Əsas məzmuna keç

Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir?

Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir?

Xəbər verdiyimiz kimi, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM" Sərdar Səfərovun...

Xəbər verdiyimiz kimi, general-mayoru Sərdar Xankəndi şəhərinə təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Sərdar Səfərovun dosyesini təqdim edir.

General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.

2019-2022-ci illərdə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…