Tərcümeyi-hal
Namiq Şalbuzov 1978-ci ildə anadan olub.
2006-cı ilin sentyabrından Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı, 2008-ci ilin aprelindən 2016-cı ilin aprelinədək şöbə müdiri, sonra direktor müavini işləyib. 2016-cı ilin iyulundan 2018-ci ilin mayınadək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində layihə nəzarəti və qiymətləndirmə üzrə menecer olub.
2018-ci ilin iyunundan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavinidir. Mərkəzin Elmi Şurasının sədr müavinidir.
Təhsil
- 2000 — Azərbaycan Dövlət İqtisad Universiteti, aqrar iqtisadiyyat, bakalavr
- 2002 — Azərbaycan Dövlət İqtisad Universiteti, magistratura (fərqlənmə ilə)
- 2003–2006 — Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, aspirantura; “Kənd təsərrüfatı istehsalında struktur dəyişiklikləri və onun tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya, iqtisad üzrə fəlsəfə doktoru
- 2011–2012 — Kataloniya Universiteti (İspaniya), “Ərzaq təhlükəsizliyi” üzrə onlayn ixtisaslaşma kursu (FAO-nun dəstəyi ilə)
- 2014–2015 — Koreya Respublikası, “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı”, magistr