Əsas məzmuna keç
Elman Məmməd oğlu Əliyev

Elman Məmməd oğlu Əliyev

Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Mənbə: migration.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

1971-ci il fevralın 3-də Yevlax şəhərində anadan olub.

1988-ci ildə Yevlax rayon Nəqliyyat Ekspedisiya Qovşağında çilingər kimi işə başlayıb, 1989–1991-ci illərdə həqiqi hərbi xidmət keçib, 1991–1993-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 1997–2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçib.

2008–2010-cu illərdə Dövlət Miqrasiya Xidməti Aparatının immiqrasiya nəzarəti şöbəsinin müdiri, 2010–2011-ci illərdə Miqrasiya nəzarəti baş idarəsinin İmmiqrasiya nəzarəti və deportasiya idarəsinin rəisi, 2011-ci ilin fevral–mart aylarında Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini – Miqrasiya tənzimləmə idarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2011-ci il tarixli 1406 nömrəli Sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin müavini təyin edilib. 2012-ci ildə III dərəcəli, 2023-cü ildə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1997-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin taktiki sərhəd qoşunları komandiri fakültəsini fərqlənmə ilə bitirib.

Xəbərlərdə