Vəli Nağı oğlu Nağıyev
Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini
Tərcümeyi-hal
1964-cü il iyulun 2-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan (indiki Babək) rayonunda anadan olub.
1981–1993-cü və 2007–2015-ci illərdə müxtəlif sahələrdə çalışıb, 1993–2007-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçib. 2015-ci il sentyabrın 11-dən Dövlət Miqrasiya Xidməti Aparatının Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 2016-cı ildə III dərəcəli, 2018-ci ildə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 2017-ci ildə 3-cü dərəcəli, 2021-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Təhsil
1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib.