Əsas məzmuna keç

Elçin Quliyev müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ - FOTO

Elçin Quliyev müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ - FOTO

Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə...

Oktyabr ayının 28-də Dövlət Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dan məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirlə əlaqədar Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilib.

Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…