Əsas məzmuna keç

Ramin Məmmədov Rusiya ilə dini əməkdaşlığı müzakirə edib

Ramin Məmmədov Rusiya ilə dini əməkdaşlığı müzakirə edib

Dəmir Muxetdinov ilə görüşdə islamofobiya ilə mübarizə və dini təhsilin inkişafı müzakirə edildi. Bakının multikulturalizm modeli beynəlxalq səviyyədə təqdir olunur.

en ru

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Komitədən bildirilib.

Görüşdə dini-mənəvi sahədə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti, inkişaf perspektivləri və dini təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir dövrün çağırışları fonunda islamofobiya və dini ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizədə qlobal əməkdaşlığın, eləcə də birgə səylərin vacibliyi vurğulanıb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın mədəni müxtəlifliyin qorunması və dinlərarası sülhün təşviqi sahəsində həyata keçirdiyi konseptual yanaşmanın əsas xüsusiyyətlərini diqqətə çatdırıb.

Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasi kursa uyğun olaraq, ölkəmiz tolerantlığın və multikultural dəyərlərin dövlət səviyyəsində dəstəkləndiyi məkan kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir.

Dəmir Muxetdinov İlham Əliyevin İslam həmrəyliyinin və konfessiyalararası harmoniyanın davamlılığının təmin edilməsi istiqamətindəki fəaliyyətinin müstəsna əhəmiyyətini qeyd edib. Rusiyanın mənəvi-dini müstəvidə Azərbaycanla sıx etdiyini vurğulayan qonaq, bu əlaqələrin strateji xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…