Türkiyənin Konya əyalətində sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” "TRT Haber"ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saat 02:00 radələrində Isparta–Beyşehir avtomobil yolunun Hüyük rayonu ərazisində qeydə alınıb.
Antalya–Iğdır marşrutu üzrə hərəkət edən "Yeni Diyarbakır" şirkətinə məxsus avtobus Beyşehirə təxminən 20 kilometr qalmış sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq xəndəyə aşıb.
Hadisə yerinə dərhal çoxlu sayıda təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 45 nəfər Beyşehir Dövlət Xəstəxanasına təxliyə edilib.
İlkin məlumatlara görə, yaralılardan 40 nəfərin vəziyyəti yüngüldür. Əlavə müayinə və müalicə üçün yaralılardan 5-i Konyadakı mərkəzi xəstəxanalara, 3-ü isə Seydişehir rayonuna göndərilib.
Faktla bağlı araşdırma aparılır.