Əsas məzmuna keç

Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

Dövlət başçısının sərəncamı ilə 37 yaşlı Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O, daha əvvəl Yasamal RİH-də çalışıb.

en ru

İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda 37 yaşı olan Orxan Məmmədov Dövlət İqtisad Universitetində, Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb.

O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.

Orxan Məmmədov əmək fəaliyyətinin bir hissəsini Rayon İcra Hakimiyyətində keçirib. O, qurumun başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2025-ci ilin mart ayında isə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Yeni təyinatla Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyətə başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…