Latviya Ukraynaya ən azı 26 nəfərin ölümü ilə nəticələnən son Rusiya zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Latviya Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Kamışevaxadakı humanitar yardım paylanma məntəqəsinə Rusiya hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb", - B.Braje bildirib.