Milanda gərginlik: şəhərə 500 əlavə hərbçi göndərilməsi planlaşdırılır
İtaliyanın Milan şəhərində yaşayış xərclərinin artmasına və ictimai xidmətlərdəki problemlərə qarşı keçirilən etirazlar zorakılıqla nəticələnib. Mağazaların qarət edildiyi, nümayişçilərlə polis arasında toqquşmaların baş verdiyi şəhərdə bir sıra lüks mağazalar fəaliyyətini dayandırıb. İtaliya hökuməti təhlükəsizliyi gücləndirmək məqsədilə Milana əlavə 500 hərbçinin göndərilməsini planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini bazar ertəsi açıqlamasında şəhərdə baş verən hadisələrdən sonra əlavə hərbçilərin göndəriləcəyini bildirib. Hakim koalisiyanın üzvü olan sağçı Liqa Partiyasının lideri sosial şəbəkədə “Milanı qorumaq üçün daha 500 hərbçi” ifadəsini işlədib.
Qərarın çərşənbə axşamı keçiriləcəyi gözlənilən Nazirlər Şurasının iclasında müzakirəyə çıxarılması planlaşdırılan təhlükəsizlik tədbirləri paketinə daxil edilməsi gözlənilir.
Məşhur brendlərin mağazaları bağlanıb
Yeni qarşıdurmaların baş verə biləcəyindən ehtiyatlanan mağazalar Milanın mərkəzində iş saatlarını qısaldıb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Chanel, Dior və Tiffany kimi məşhur brendlərin yerləşdiyi Via Montenapoleone alış-veriş küçəsində bəzi mağazalar vitrinlərindəki bahalı məhsulları yığışdırıb. Bir sıra obyektlərin vitrinləri taxta lövhələrlə örtülüb, ərazidə polis patrulları artırılıb.
Şəhərin tanınmış ticarət məkanlarından olan Galleria Vittorio Emanuele II-də də oxşar mənzərə müşahidə olunub. Bəzi mağazalar bağlanıb, digərlərində isə mühafizə tədbirləri sərtləşdirilib.

Etirazlar qarətlərlə müşayiət olunub
Şənbə günü ictimai xidmətlərin keyfiyyətinə və yaşayış xərclərinin artmasına etiraz olaraq başlayan aksiyalar həftəsonu zorakılıqla müşayiət olunub.
Üzlərini örtən yüzlərlə nümayişçinin şəhər mərkəzində zibil konteynerlərini yandırdığı, mağazalara hücum etdiyi və bəzi obyektləri qarət etdiyi bildirilir. Televiziya görüntülərinə əsasən, zərər görən mağazalar arasında Decathlon, Arc'teryx və Vodafone da olub. Levi's və Under Armour kimi brendlərin bəzi mağazalarında isə vitrinlər mümkün hücumlardan qorunmaq üçün örtülüb.
İtaliya hökuməti təhlükəsizlik tədbirlərini sərtləşdirir
Baş nazir Giorgia Meloni baş verən zorakılıqları pisləyib. O, bazar ertəsi nazirlər və yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşərək vəziyyəti müzakirə edib.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani isə hökumətin hadisələrə qətiyyətlə cavab verəcəyini açıqlayıb. İtaliya mətbuatının məlumatına görə, hökumət yetkinlik yaşına çatmayanlarla bağlı qabaqlayıcı tədbirlərin genişləndirilməsini və gənclər arasında fəaliyyət göstərən cinayətkar qruplara qarşı daha sərt addımlar atılmasını nəzərdən keçirir.
Parlamentdə müzakirə olunan təhlükəsizlik qanun layihəsinin bəzi müddəalarının daha tez qüvvəyə minməsi də gündəmdədir.

Milan və Turində saxlanılanlar var
İtaliya polisinin açıqladığı məlumatlara əsasən, bazar günü Milanda baş verən hadisələr zamanı 271 gənc polis bölmələrinə aparılıb. Onlardan 32-si, o cümlədən 23 yetkinlik yaşına çatmayan və 13 əcnəbi vətəndaş barəsində həbs qərarlarının verildiyi bildirilir. Daha 28 nəfərlə bağlı hüquq-müha