Əsas məzmuna keç

Rusiya səfiri Danimarka XİN-ə çağırıldı

Rusiya səfiri Danimarka XİN-ə çağırıldı

Kopenhagendə gərginlik: Rusiya freqatının Danimarka hərbi helikopterinə siqnal raketləri ilə hücumu rəsmi etirazla qarşılanıb. Lars Lekke Rasmussen nə dedi?

ru en

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Danimarka XİN-in "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə ölkənin naziri Lars Lekke Rasmussen bildirib.

"Silahlı qüvvələrin məlumatına görə, Hava Qüvvələrinə (HHQ) məxsus helikopterlərdən biri Gedser yaxınlığındakı sularda freqatının planlı fotoçəkilişi zamanı siqnal raketləri ilə atəşə tutulub. Bu, tamamilə qəbuledilməzdir. Bununla əlaqədar olaraq Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda qeyd olunub.

Danimarkanın Mette Frederiksen də baş verənləri son dərəcə ciddi bir insident adlandırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…