Əsas məzmuna keç

Sükan arxasında telefon işlədənlərə PİS XƏBƏR: 50 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Sükan arxasında telefon işlədənlərə PİS XƏBƏR: 50 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

İnzibati Xətalar Məcəlləsinin 342.6 və 428.5-ci maddələrinə edilən dəyişikliklə, sürücülər foto və video qeydiyyat vasitəsilə 50 manatlıq cərimə olunacaq.

en ru

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sözügedən məsələ Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.

Belə ki, bəzi inzibati xətalar foto və ya video funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı ( vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Beləliklə, qeyd edilən qanun pozuntuları aşkarlandıqda 50 manat cərimə tətbiq ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…