Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir:
"Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".
H. Hacıyev Vaşinqton görüşündən sonrakı prosesə də toxunub:
"Azərbaycan sazişdə olan və icra edilməsi vacibiyyət daşıyan bir sıra məsələləri artıq həyata keçirməkdədir".