Əsas məzmuna keç

Bakıda 32 marşrutun hərəkət sxemi rəsmi olaraq dəyişdirilir

Bakıda 32 marşrutun hərəkət sxemi rəsmi olaraq dəyişdirilir

Paytaxtın ictimai nəqliyyat sistemində irimiqyaslı yenilik: Bakı Nəqliyyat Agentliyi avtobusların yeni hərəkət qrafikini və marşrut xətlərini açıqlayıb.

en ru

Bakının Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq ilə əlaqədar vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət dəyişdilirir.

Məlumata əsasən, marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları "20 Yanvar" dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.

91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…