Əsas məzmuna keç

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə ictimai nəqliyyatda yeniliklər davam edir. Görəsən, sərnişinlərin gediş-gəlişinə təsir edəcək bu dəyişikliklər hansılardır?

en ru

Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan ilə əlaqədar vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.

Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib.

55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib. Həmçinin, 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…