Əsas məzmuna keç

Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib

Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib

Müdafiə Nazirliyinin aviasiya vasitələri Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən yoxlamalarda uğurla iştirak edərək hazırlıq səviyyəsini nümayiş etdirib.

en ru

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" cütlüyünün 2-ci Səviyyəli (NEL-2) qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib. Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib. Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlimin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifkatlaşdırılmasıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…