Əsas məzmuna keç

Bakıda keçirilən NATO təlimi başa çatıb

Bakıda keçirilən NATO təlimi başa çatıb

Müdafiə Nazirliyinin və NATO rəsmilərinin izlədiyi Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsindəki hərbi təlimdə şəxsi heyətin bacarıqları qiymətləndirilib.

en ru

və arasında " Naminə Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO və monitorinq qrupu təlimin gedişatını izləyiblər.

Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.

Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.

Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…