Əsas məzmuna keç

NATO və Azərbaycan əməkdaşlığı artır

NATO və Azərbaycan əməkdaşlığı artır

Şimali Atlantika Alyansı ilə Bakı arasında müdafiə sahəsində tərəfdaşlıq gücləndirilir, tərəflər təhlükəsizlik və regional sabitlik məsələlərini müzakirə edir.

en ru

və arasında hərbi əməkdaşlıq inkişaf etdirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən həftə səfir Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO–Azərbaycan tədbirlərində iştirak edib.

Tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirmiş, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.

Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.

Səfir Luis Morsinqlə yanaşı tədbirdə iştirak edən Azərbaycanın NATO yanındakı səfiri Cəfər Hüseynzadə də regional təhlükəsizlik və sabitliyin təmin olunmasında NATO–Azərbaycan əməkdaşlığının və beynəlxalq tərəfdaşlıqların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…