Azərbaycan dünya siyasətində ikili standartlara qarşı mübarizəni davam etdirəcək, çünki bu cür yanaşmalar beynəlxalq münasibətlərdən tam şəkildə çıxarılmalıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.