Əsas məzmuna keç

Prezident: İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan işğala son qoydu

Prezident: İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə Azərbaycan işğala son qoydu

Dövlət başçısı İlham Əliyev regionda sülhün bərqərar olması, ərazi bütövlüyünün təmini və erməni separatizminin ləğvi prosesini şərh edib.

en ru

2020-ci ildə İkinci müharibəsi və 2023-cü ildə isə antiterror tədbirləri ilə işğala son qoydu.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident bildirib ki, bununla da Azərbaycan öz suverenliyini tam bərpa edib:

"Bütün bunların hamısı beynəlxalq hüquq normaları əsasında həyata keçirilib. Bundan sonra biz Ermənistana təklif etdik, bu da dünyada görünməyən bir hadisə idi. Çünki biz bu gün müharibələrin tarixinə baxsaq, ən azı iki il tələb olunurdu ki, qanlı toqquşmadan sonra ölkələr sülhə gəlsinlər. Ötən ilin yayını götürsək, görərik ki, biz Ermənistanla sülh sazişinin bağlanmasının təşəbbüskarı kimi çıxış edərək, müharibənin daimi qalmasını, qisas alınmasını istəmədik. Çünki biz qisası döyüş meydanında aldıq, bundan sonra digər mərhələyə keçmədik, əgər belə olsaydı, bu, daimi müharibəyə gətirib çıxarardı".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…