Əsas məzmuna keç

Beş azərbaycanlı cüdoçu gənclər arasında Asiya Kubokunda yarışacaq

Beş azərbaycanlı cüdoçu gənclər arasında Asiya Kubokunda yarışacaq
— Foto: idman.biz

Azərbaycanın beş gənc qız cüdoçusu oktyabrın 31-dən noyabrın 1-dək Ammanda keçiriləcək Asiya Kubokunda mübarizə aparacaq. Turnirdə 19 ölkədən 140 cüdoçu iştirak edəcək.

en ru

Azərbaycanın beş cüdoçusu oktyabrın 31-dən noyabrın 1-dək İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda çıxış edəcək.

Cüdo Federasiyasının məlumatına görə, ölkəni dörd çəki dərəcəsində beş gənc qız cüdoçu təmsil edəcək. 48 kq çəki dərəcəsində Gülşən Hüseynova və Gülgəz Musayeva, 52 kq-da Çinarə Sadıqova, 57 kq-da Aytən Verdiyeva, 63 kq-da isə Ayan Əliyeva yarışacaq.

Azərbaycan idmançıları turnirə gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında qatılacaqlar.

Beynəlxalq yarışda ümumilikdə 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…