Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisi heyətinin bir və ya bir neçə ardıcıl uçuşu yerinə yetirmək üçün hava limanına gəldiyi vaxtdan başlayacaq.
Bu vaxt hava gəmisinin yerdə hərəkətinin son uçuş başa çatdıqdan sonra tam dayandığı ana qədər davam edəcək. Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər təklif olunur. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.