Əsas məzmuna keç

Sahibə Qafarova Əddis-Əbəbəyə rəsmi səfər edib

Sahibə Qafarova Əddis-Əbəbəyə rəsmi səfər edib

Milli Məclisin sədri Efiopiyanın paytaxtında yüksək səviyyəli görüşlər keçirəcək. Səfər çərçivəsində parlamentlərarası əməkdaşlıq və ikitərəfli əlaqələr müzakirə olunacaq.

en ru

Milli Məclisin sədri Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.

Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…