Əsas məzmuna keç

Sahibə Qafarova Monteneqroya səfər etdi

Sahibə Qafarova Monteneqroya səfər etdi

Milli Məclisin sədri Podqoritsada rəsmi görüşlərə başlayıb. İkitərəfli əməkdaşlığın perspektivləri və parlamentlərarası yeni əlaqələrin detalları ilə tanış olun.

en ru

Milli Məclisin sədri Aralıq Dənizi Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…