Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatının yeddinci turunda doğma meydanda “Vlajniya”nı 3:1 hesabı ilə məğlub edib.
Ev sahibi komandanın qollarını Alessandro Albanese 9-cu, Daniel Adyessa 41-ci, İldi Qruda isə 86-cı dəqiqədə vurub. “Vlajniya”nın heyətində Daniel Peres 59-cu dəqiqədə fərqlənib.
Zamiq Əliyev qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran “Eqnatiya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.