“Neftçi”nin futbolçusu Viçko Şevel Misli Premyer Liqasının VII turunda “Sabah”la qolsuz heç-heçə etdikləri oyundan sonra komandasının qələbə qazana biləcəyini deyib.
Şevel qarşılaşmanın hər iki tərəf üçün çətin və gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, “Neftçi” topa rəqibdən az sahib olsa da, daha real qol imkanları yaradıb və qələbəyə layiq olub.
“İki xal itirdik”
Futbolçu son dəqiqələrdə yaranan fürsəti də xatırladıb: “Daha çox və daha yaxşı imkanlarımız var idi. Son dəqiqədə də çox yaxşı şansımız oldu, amma rəqib qapıçının çox yaxşı seyvi oldu. Ona görə də düşünürəm ki, bu gün iki xal itirdik”.
Şevel meydanda futbolçular arasında baş verən insidentin təfərrüatlarını görmədiyini söyləyib. O, epizoda yenidən baxmalı olduğunu qeyd edib.
“Neftçi”nin oyunçusu növbəti turda “Qarabağ”la matça qələbə üçün çıxacaqlarını bildirib. Şevel ardıcıl olaraq “Sabah” və “Qarabağ” kimi iddialı rəqiblərlə qarşılaşmağın təqvimin bir hissəsi olduğunu vurğulayıb.