Əsas məzmuna keç

Azərbaycanda HAVA DÜZƏLİR - Temperatur ARTACAQ

Azərbaycanda HAVA DÜZƏLİR - Temperatur ARTACAQ

Milli Hidrometeorologiya Xidməti oktyabrın 11-nə olan proqnozu açıqladı: Bakı və bölgələrdə qeydə alınacaq 25 dərəcəlik istilər həftəsonuna necə təsir edəcək?

en ru

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-24° isti olacaq. təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Hava proqnozu

21° Bakıda indiTutqun
  1. Bu gün Günəşli 21° 19° yağış 47%
  2. Sabah Günəşli 24° 19°
  3. Birigün Günəşli 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…