Misli Premyer Liqasının VII turunda oktyabrın 9-da keçiriləcək “Neftçi” – “Sabah” oyununun bilet qiymətləri açıqlanıb.
Matç saat 19:30-da “Palms Sports Arena”da başlayacaq. İlkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına biletlər satışa çıxarılıb.
- “Qərb 2” – 2 AZN;
- “Banişevski alt” – 3 AZN;
- “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” – 15 AZN.
Digər sektorlar üzrə biletlərin də mərhələli şəkildə satışa çıxarılacağı bildirilib.
- “Qərb 1”, “Forza”, “Şərq 1”, “Şərq 2” – 2 AZN;
- “Şimal 1”, “Şimal 2”, “Banişevski üst” – 3 AZN;
- “VIP Gold” – 20 AZN.
Stadionun kassasında biletlərin satışı oyun günü saat 14:00-dan etibarən başlayacaq.