“Barselona”nın Bakıya səfər tarixi müəyyənləşib. İspaniya klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah”la qarşılaşmaq üçün noyabrın 23-ü axşam saatlarında paytaxtda olacaq.
Bu barədə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
“Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Əsas mərhələnin dörd turundan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində yer alır.
Kontekst
Noyabrın 16-da məlum olmuşdu ki, “Sabah” – “Barselona” matçına 50 min bilet satılıb. Həmin saya paket biletlər də daxildir.