“İnter Mayami”nin hücumçusu Luis Suares “Barselona”nın UEFA Çempionlar Liqasının bu mövsümündəki perspektivləri barədə danışıb. O, Mayamidə olarkən kataloniyalıların oyunlarını yaxından izlədiyini bildirib.
“Bəzən alınanda oyunlarına Messi ilə birlikdə baxırıq. Leo ilə nəticələri həmişə müzakirə edirik. Ümid edirəm, bu mövsüm Çempionlar Liqasını qazana bilərlər. Komanda və futbolçular çox yüksək səviyyədədir. Amma mövsümün sonuna hələ çox var”, – Suares Radio Catalunya-nın Tot Costa proqramında deyib. Onun sözlərini 3Cat yayıb.
Hazırda “Barselona” turnirin liqa mərhələsində 9 xalla beşinci yerdədir.