“Sabah”ın futbolçusu Akim Zedadka Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə qolsuz heç-heçəni ədalətli nəticə hesab edib.
“Çətin oyun oldu. Lakin bu gün yaxşı qarşılaşma alındı. Çox qol epizodları yarandı. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz də qalib gəlmək niyyətində idik. Amma bunu bacara bilmirsənsə, məğlub olmamalısan. Bəzən bir xal da qənaətbəxş nəticədir. Heç-heçə ədalətli nəticə idi”, – deyə cinah müdafiəçisi qarşılaşmadan sonra bildirib.
Zedadka UEFA Çempionlar Liqasında Çexiyanın “Slaviya” komandasına qarşı keçirəcəkləri matç barədə də danışıb. Onun sözlərinə görə, liqa oyunundan sonra komandanı fərqli turnir və rəqib gözləyir.
“Slaviya” ilə oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Doğma meydanda oynayacağıq və ümid edirəm ki, azarkeşlərimiz bizi dəstəkləyəcəklər. Məncə, möhtəşəm oyun alınacaq”, – deyə Zedadka qeyd edib.
Qeyd edək ki, “Neftçi” – “Sabah” görüşü qolsuz başa çatıb.