Əsas məzmuna keç

Azərbaycan-Çin avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək

Azərbaycan-Çin avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək

Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək. "Report" xəbər verir ki, bununla bağlı...

en ru tr

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək.

"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sosial şəbəkələrdə paylaşın

MiniBoss

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

24 noyabr, 2026

18:33

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, naziri Maka Boçorişvilinin başçılıq etdiyi ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri bu səfərin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyinə və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Söhbət zamanı bildirilib ki, Azərbaycan və Gürcüstan yaxın dost və strateji tərəfdaş ölkələrdir və gələn il ölkələr diplomatik münasibətlərinin 35-ci ildönümünü qeyd edəcəklər.

Yüksək səviyyəli təmasların və müntəzəm siyasi dialoqun ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rolundan danışan S. Qafarova bu baxımdan İlham Əliyevin Gürcüstana, Baş nazir İrakli Kobaxidzenin isə Azərbaycana səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, ölkələr arasında imzalanmış sənədlər iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu sahədə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm rola malikdir. Söhbət zamanı ölkələr arasındakı enerji və nəqliyyat layihələrinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkənin xalqları, həmşinin gənclər arasında sıx əlaqələrin əhəmiyyəti, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə də danışılıb.

Parlamentlərarası əlaqələrin rolundan danışan Milli Məclisin sədri bildirib ki, parlamentlər rəhbərlik, dostluq qrupları, komitələr və beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə sıx dialoqu davam etdirirlər. 2025-ci ilin martında imzalanmış Əməkdaşlıq Memorandumu bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşlərini xatırlayan Milli Məclisin sədri iki ölkənin parlamentlərinin komitələri arasındakı əməkdaşlığın perspektivlərindən danışıb. O, Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri qonağa Ermənistanla sülh prosesinin gedişi barədə də məlumat verib.

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək, Prezident İlham Əliyevlə görüşü və müzakirə olunmuş məsələlər barədə təəssüratlarını bölüşüb.

Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğunu deyən qonaq bu gün Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib. O, diqqətə çatdırıb ki, iqtisadi, enerji, nəqliyyat sahələri ilə yanaşı, parlamentlər arasında əlaqələrin də inkişaf etdirilməsi vacib məsələdir.

Qeyd olunub ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda dayanıqlı sülh və sabitliyi təmin edəcək. Bildirilib ki, bu sülh prosesi Gürcüstanda da yaxından izlənilir və dəstəklənir.

Söhbət zamanı iki ölkənin təhsil, gənclər siyasəti, parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müəllif

Aysel Aslan

Aysel Aslan

Sosial şəbəkələrdə paylaşın

Foto

Азербайджан и Грузия обсудили перспективы дальнейшего развития отношений

Foto

Azerbaijan, Georgia discuss prospects for further development of relations

44 filmi

Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az

Haqqımızda

Bizimlə əlaqə

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Operativ Məlumat Mərkəzi-OMM” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Ana səhifə

S

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…