“Qarabağ”ın macar müdafiəçisi Bense Varkonyi Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə keçirilən 3:3 hesablı oyunu şərh edib.
O, qarşılaşmada üç qol buraxmalarına baxmayaraq, komandasının çempionatda ən yaxşı oyunlarından birini keçirdiyini deyib. Varkonyinin sözlərinə görə, “Qarabağ” yekunda istədiyinə nail olub, amma buraxılan asan qollar səbəbindən bir xalla kifayətlənməyə sevinməlidir.
“Hesab edirəm ki, çempionatda ən yaxşı oyunlarımızdan birini keçirdik. Eyni zamanda, belə qollar buraxmamaq üçün səhvlərimiz üzərində işləməliyik. Nəticədən razı qalmalıyıq”, – müdafiəçi bildirib.
Varkonyi növbəti turda “Sabah”la səfər oyununa da toxunub. O, rəqibin Çempionlar Liqasında da iştirak etdiyini və iki cəbhədə mübarizə apardığını qeyd edərək, “Qalib gələ biləcəyikmi, görək”, – deyə fikrini ifadə edib.