Yunanıstanın PAOK klubunun “Neftçi”nin braziliyalı vingeri Breno Almeyda ilə maraqlandığı iddia olunub. Məlumata görə, PAOK qış transfer pəncərəsində 28 yaşlı futbolçu üçün Bakı klubuna rəsmi təklif göndərə bilər.
“Neftçi”nin mətbuat katibi Asəf Zeynallı Breno Almeydanın transferi ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib.
Breno Almeyda 2026-cı ilin fevralında “Neftçi”yə keçib. Braziliyalı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
O, hazırda yeddi qolla Misli Premyer Liqasının bombardiridir.