Əsas məzmuna keç

Azərbaycan klublarının Almaniya təmsilçilərinə qarşı 15 oyunda 1 qələbəsi var

Azərbaycan klublarının Almaniya təmsilçilərinə qarşı 15 oyunda 1 qələbəsi var
— Foto: Report.az

“Sabah” – “Borussiya” dueli Azərbaycan və Almaniya klublarının avrokuboklarda 16-cı qarşılaşması olacaq. Əvvəlki 15 oyunda Azərbaycan təmsilçiləri bir dəfə qalib gəlib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda bu gün keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunu və Almaniya klublarının avrokuboklardakı 16-cı dueli olacaq. İndiyədək Almaniya komandaları ilə yalnız “” və “” qarşılaşıb.

“Qarabağ”ın 11 oyunda bir qələbəsi var

“Qarabağ” UEFA turnirlərində Almaniyanın beş klubu ilə 11 dəfə üz-üzə gəlib: 8 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə. Ağdam təmsilçisi 2010/2011 mövsümünün Avropa Liqasının pley-offunda Dortmund “Borussiya”sına Almaniyada 0:4, Bakıda isə 0:1 hesabı ilə uduzub. 2013/2014 mövsümündə “Ayntraxt”la oyunlar 0:2 və 1:2 hesabları ilə başa çatıb.

“Qarabağ” 2022/2023 mövsümündə “Frayburq”a səfərdə 1:2 hesabı ilə məğlub olub, Bakıda 1:1 edib. 2023/2024 mövsümündə “Bayer 04”lə dörd görüşdə 1:5, 0:1, 2:2 və 2:3 hesablı nəticələr qeydə alınıb. Cari ilin əvvəlində isə komanda Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Ayntraxt”ı Bakıda 3:2 hesabı ilə məğlub edib.

“Qəbələ”nin dörd məğlubiyyəti

“Qəbələ” 2015/2016 mövsümündə Dortmund “Borussiya”sına 1:3 və 0:4 hesabları ilə uduzub. Növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində “Maynts 05” hər iki oyunda qalib gəlib: 3:2 və 2:0.

Beləliklə, “Sabah” Almaniya klubu ilə qarşılaşacaq üçüncü Azərbaycan təmsilçisi olacaq. “Sabah” – “Borussiya” oyunu bu gün saat 20:45-də Olimpiya Stadionunda başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…