Birləşmiş Ştatlar Prezidentinin xüsusi müşaviri və kürəkəni Cared Kuşner oktyabrın 20-də Norveçin paytaxtı Osloda Ukrayna böhranının nizamlanması üzrə keçiriləcək yüksəksəviyyəli danışıqlarda şəxsən iştirak etməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kuşnerin Oslodakı təkbətək görüşlərə qatıla bilməməsinə səhhətində yaranan qəfil rahatsızlıq (xəstəlik) səbəb olub.
Buna baxmayaraq, Ağ Ev rəsmisinin məxfi diplomatik müzakirələrə onlayn formatda (videokonfrans vasitəsilə) qoşulacağı bildirilir.