Birləşmiş Ştatlar rəhbərliyi hesab edir ki, hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə Ukraynanı son dərəcə ağır və mürəkkəb qış mövsümü gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Prezidenti administrasiyası münaqişənin dinc yolla nizamlanması istiqamətində noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərə və sərt qış fəslinin başlanmasına qədər əhəmiyyətli diplomatik irəliləyiş əldə etməyə ümid edir.
"Hazırda beynəlxalq aləmdə hər kes yaxınlaşan qış mövsümünün fəsadlarından narahatdır. Döyüşlər dayandırılmazsa, Ukrayna üçün qış şərtləri fəlakətli ola bilər. Məhz bu səbəbdən Birləşmiş Ştatlar tərəflər arasında vahid və məqbul sülh təklifinin hazırlanması üçün fəal vasitəçilik səylərini davam etdirir", – deyə nəşrin mənbəsi vurğulayıb.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff (Steve Witkoff) və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner (Jared Kushner) oktyabrın 9-da Mayamidə Ukrayna heyəti ilə geniş tərkibdə görüş keçirəcəklər. Məxfi diplomatik görüşdə Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün yeni kompromis ideyaların müzakirəsi və birgə sənəd layihəsinin hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir qədər əvvəl ABŞ liderinə Ukraynadakı münaqişənin nizamlanması istiqamətində nümayiş etdirdiyi təşəbbüslərə və vasitəçilik cəhdlərinə görə minnətdarlığını bildirmiş və bu səylərin səmimiliyinə inandığını ifadə etmişdi.