Əsas məzmuna keç

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib. Buna UEFA Millətlər Liqasında Fransa millisinin Belçika ilə matçının gec başlaması səbəb olub...

en ru

UEFA Fransa Federasiyasını 10 min cərimələyib.

“Operativ Məlumat Mərkəzi-OMM” "L'" nəşrinə istinadən xəbər verir ki, buna UEFA Millətlər Liqasında Fransa millisinin Belçika ilə matçının gec başlaması səbəb olub.

Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşün startı meydan sahiblərinin futbolçularının geyimindəki problemlər səbəbindən bir neçə dəqiqə yubanıb. Geyimlərinin üzərində uyğunsuz rəngdə olan lentin meydana çıxmazdan əvvəl dəyişdirilməsi tələb edilib.

UEFA baş verənləri Millətlər Liqasının reqlamentinin 6.07-ci bəndinin pozulması kimi qiymətləndirib. Həmin müddəaya əsasən, milli federasiyalar oyunçuların geyimi haqqında məlumatı öncədən UEFA-ya təqdim etməlidirlər. Bundan əlavə, geyimlərin üzərindəki lent və sarğılar şəffaf olmalı, həmçinin rənglər uyğunluq təşkil etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…