U-15 dünya çempionatı və festivalının Təşkilat Komitəsinin sədri Samir Şərifov Milli Təşkilat Komitəsi adından tədbir iştirakçılarını salamlayıb.
“FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir”, – deyə Şərifov bildirib.
O qeyd edib ki, Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur. Şərifovun sözlərinə görə, dünyanın müxtəlif guşələrindən gələn yeniyetmə futbolçular ölkələrini dünya çempionatında təmsil etmək şərəfinə nail olublar.
“FIFA-nın prezidenti Canni İnfantinonun bu gələcəyə hesablanmış təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”, – deyə o əlavə edib.
Kontekst
Xatırladaq ki, oktyabrın 22-də AFFA prezidenti Rövşən Nəcəf Azərbaycanın FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.