The Telegraph-ın məlumatına görə, FIFA prezidenti Canni İnfantino ABŞ-li milyarderlər Kuşner ailəsi ilə dünya çempionatının hüquqlarının satışı barədə 10 ay ərzində qapalı danışıqlar aparıb. Mümkün sazişin dəyəri təxminən 15 milyard funt sterlinq (17,9 milyard avro) olaraq qiymətləndirilib.
Əlaqələr ötən il sentyabrın ortalarında Sürixdə başlayıb. Noyabrın 4-də İnfantino Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
FIFA rəhbəri daha sonra Caredin qardaşı Coşua Kuşnerlə dialoqu davam etdirib. Sonradan Coşua təşəbbüsün əsas investorlarından biri kimi təqdim olunub. Sonrakı aylarda Kuşner ailəsinin nümayəndələri ilə ən azı 10 görüş keçirilib.
Daha sonra FIFA tənqidlərə səbəb olan FIFA Forward Enterprise layihəsinin bağlandığını və müzakirə olunmayacağını açıqlayıb. Təşkilat Canni İnfantinonun “Layihə fikir ayrılığına səbəb oldu və təklif həyata keçirilməyəcək” bəyanatını da yayıb.