Əsas məzmuna keç

UEFA Canni İnfantinoya qarşı hüquqi mübarizəyə başlayır

UEFA Canni İnfantinoya qarşı hüquqi mübarizəyə başlayır

Avropa futbolunun idarəedici qurumu FIFA prezidenti Canni İnfantino haqqında İsveçrədə cinayət işi açmağa hazırlaşır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

UEFA prezidenti barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə iddiası ilə hüquqi prosesə başlamağa hazırlaşır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “BBC Sport”un əldə etdiyi sənədlərə əsasən, UEFA İsveçrədə açılması planlaşdırılan məhkəmə işi çərçivəsində müvafiq sübut və sənədlərə çıxış tələb edib. Qurum digər FIFA rəsmiləri barəsində də araşdırma aparılmasını nəzərdən keçirir.

Mübahisənin mərkəzində İnfantinonun irəli sürdüyü və Dünya Çempionatının yayım hüquqlarının özəl investorlara satılmasını nəzərdə tutan “FIFA Forward Enterprise” adlı şirkət yaratmaq təşəbbüsü dayanır. Futbol ictimaiyyətinin etirazlarından sonra layihə geri götürülsə də, UEFA bu təşəbbüsün İnfantino və onun yaxın çevrəsinin FIFA-nın ən dəyərli aktivlərindən şəxsi mənfəət əldə etmək cəhdi olduğunu iddia edir.

UEFA-nın məhkəməyə təqdim etdiyi sənədlərdə layihənin FIFA rəhbərliyi və əməkdaşlarının böyük hissəsindən gizli saxlanıldığı, qərarın qəbul edilməsi üçün isə onlara cəmi bir neçə saat vaxt verildiyi qeyd olunur. Qurumun iddiasına görə, təklif olunan 20 milyard dollarlıq şirkət dəyəri müstəqil ekspertlər tərəfindən təsdiqlənməyib və real bazar qiymətindən xeyli aşağı olub.

Monakoda keçirilən toplantıda UEFA rəhbərliyinə korporativ islahatların aparılması, prezidentlik səlahiyyətlərinin məhdudlaşdırılması və FIFA-nın şəxsi maraqlardan uzaq, institusional prinsiplərlə idarə olunmasının təmin edilməsi istiqamətində tam səlahiyyət verilib.

Bundan əlavə, UEFA ABŞ məhkəmələrinə müraciət edərək layihədə adı keçən “Thrive Capital”, “JP Morgan” və “Bann Ventures” şirkətləri ilə yanaşı, digər şəxslərdən də sənədlərin tələb edilməsini istəyib. İnfantino isə ittihamlarla bağlı hələlik verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…