Əsas məzmuna keç

FİFA-da İnfantino böhranı: UEFA ilə qarşıdurma dərinləşir

FİFA-da İnfantino böhranı: UEFA ilə qarşıdurma dərinləşir

ABŞ millisinin oyunçusuna verilən qırmızı vərəqənin ləğvi və FİFA prezidentinin seçkiqabağı vəziyyəti beynəlxalq futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2026-cı il ərəfəsində FİFA-nın qərarları və qurumun prezidenti Canni İnfantinonun idarəçilik üslubu dünyasında yeni müzakirələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə beynəlxalq futbol mediasında yayılan məlumatlarda qeyd olunub.

Məlumata görə, ABŞ millisinin futbolçusu Folarin Baloquna göstərilən qırmızı vərəqənin ləğv edilməsi UEFA-nın ciddi etirazına səbəb olub. Avropa futbol qurumu bu qərarı qaydaların pozulması və "qırmızı xəttin keçilməsi" kimi qiymətləndirib.

UEFA rəsmiləri bildiriblər ki, qırmızı vərəqədən sonra tətbiq olunan avtomatik diskvalifikasiya qaydasının bu şəkildə dəyişdirilməsi oyunun dürüstlüyünə və turnirin şəffaflığına mənfi təsir göstərə bilər. Qurum hesab edir ki, bu cür qərarlar yarışların bütövlüyünü risk altına qoyur.

Bununla yanaşı, futbol ekspertlərinin bir qismi UEFA-nın mövqeyinin daha çox ictimai rəyə təsir etmək məqsədi daşıdığını və real qərarvermə imkanlarının məhdud olduğunu bildirir.

Canni İnfantinonun 2027-ci ilin martında Mərakeşdə keçiriləcək FİFA prezidentliyi seçkilərində mövqeyi isə güclü olaraq qalır. FİFA-nın 211 üzv ölkəsinin səsvermə hüququ olduğu nəzərə alınarsa, qalib gəlmək üçün 106 səs kifayətdir.

Hazırkı səs bölgüsünə əsasən, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 10, Afrika Futbol Konfederasiyası (CAF) 54, Asiya Futbol Konfederasiyası isə 47 səsə malikdir. Bu rəqəmlər birlikdə 111 səs edir və İnfantinonun seçkilərdə üstün mövqedə olduğunu göstərir.

FİFA rəhbərliyinə qarşı tənqidlər yalnız idman qərarları ilə məhdudlaşmır. Təşkilatın siyasi neytrallığı, o cümlədən Trampa FİFA mükafatının təqdim edilməsi ilə bağlı müzakirələr də gündəmdədir.

Buna baxmayaraq, İnfantinonun strategiyası qlobal futbol dəstəyini qorumaq və Afrika, Asiya, eləcə də Amerika qitəsində təsirini artırmaq üzərində qurulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…