Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FIFA yekun qərarını verdi: İran Dünya Çempionatında iştirak edəcək

2 dəq
Paylaş:
FIFA yekun qərarını verdi: İran Dünya Çempionatında iştirak edəcək

prezidenti problemləri səbəbindən turnirdən çəkilmə ehtimalı müzakirə olunan İran yığmasının 2026-cı il Dünya Çempionatında planlaşdırıldığı kimi iştirak edəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Vankuverdə keçirilən FIFA Konqresində çıxış edən qurum rəhbəri, Asiya təmsilçisinin ABŞ-dəki matçlarda da meydana çıxacağını qəti şəkildə təsdiqləyib.

İyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək turnirdə İranın oyun cədvəli artıq məlumdur. Komanda iyunun 15-də Kaliforniyada Yeni Zelandiya, iyunun 21-də Belçika, iyunun 26-da isə Sietlda Misir yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, İranın idman naziri Əhməd Dünyamali mart ayında verdiyi açıqlamada futbolçuların təhlükəsizliyinə zəmanət verilmədiyini əsas gətirərək turnirə qatılmağın mümkünsüzlüyünü vurğulamışdı.

Bu ərəfədə C.İnfantino məsələni birbaşa Donald Tramp administrasiyası ilə müzakirə edərək, komandanın iştirakı üçün ciddi diplomatik səylər göstərib. ABŞ Marko Rubio isə ötən həftə İran ordusu ilə əlaqəsi olmayan bütün oyunçuların ölkəyə girişinə icazə veriləcəyini bəyan edib.

Fevral ayında ABŞ və İsrailin İrana qarşı hava əməliyyatları, eləcə də Ayətullah Əli Xameneinin vəfatı idman ictimaiyyətində də gərginliyə səbəb olmuşdu. Hadisələrdən sonra İran Futbol Federasiyası ABŞ-də keçiriləcək yarışda iştirakın məqsədəuyğun olmadığını bildirərək boykot siqnalları vermişdi.

Hətta İranın əvəzinə İtaliyanın turnirə cəlb edilməsi variantı müzakirə olunsa da, FIFA bu təklifi rədd edib. Hazırda İranın iştirakı rəsmiləşsə də, ABŞ hökumətinin viza yoxlamaları və stadionlardakı tədbirlərinin turnir başlayana qədər həssas mövzu olaraq qalacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax