Əsas məzmuna keç

Fərid Qayıbov Avropa Şurasının idman nazirlərinin iclasında çıxış edib

Fərid Qayıbov Avropa Şurasının idman nazirlərinin iclasında çıxış edib
— Foto: idman.biz

Noyabrın 4-də Monakoda keçirilən iclasda uşaqlar və gənclər üçün təhlükəsiz, sağlam idman mühiti müzakirə olunub. Fərid Qayıbov səfər çərçivəsində WADA-nın baş direktoru Olivye Niqqli ilə də görüşüb.

en ru

Noyabrın 4-də Knyazlığında Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclası keçirilib. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edib.

Açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Marques Mota da çıxış ediblər.

İclasda “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusu müzakirə olunub. İştirakçılar uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunublar.

Səfər zamanı Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə görüşüb. Tərəflər antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…