Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albertlə görüşüb.
Albert və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar Azərbaycanda səfərdədir.
Görüşdə Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən turnirin təşkili, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, milli direktoru Rövşən Məmmədov, Beynəlxalq Xüsusi Olimpiya təşkilatının idman və yarışlar üzrə baş direktoru Lou Lauria, həmçinin Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin təşkilati inkişaf üzrə baş direktoru Kşiştof Krukovski iştirak ediblər.